27.5 C
Gence
27.5 C
Gence

Gəncədə gənclər pulsuz ingilis dili öyrənə bilərlər

Gəncədə ödənişsiz ingilis dili kurslarına start verilib. Bu haqda Gencexeber.az-a 31 yanvar tarixində məlumat daxil olub.

Layihə Progro Peşəkar İnkişaf və İnnovasiyalar platforması tərəfindən həyata keçirilir. Dərslər fevral ayından başlayır. İştirakçılar ingilis dili səviyyələrini inkişaf etdirmə şansı əldə edirlər. Dərslər 90 dəqiqə olmaqla həftədə 3 dəfə keçirilir. Əlavə olaraq danışıq seminarları da olur. Proqramı uğurla bitirənlər sertifikatla təltif olunacaqlar. İştirak tam ödənişsizdir.

Qatılmaq istəyən şəxslər 7 fevral tarixinədək qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. Proqrama 29 yaşınadək gənclər qatıla bilərlər.

Ən Çox Oxunan