22.5 C
Gence
22.5 C
Gence

Gəncədə gənclər peşəkar sahibkarlarla görüşə qatıla bilər

Gəncədə sənətkar və sahibkarlarla görüş keçiriləcək. Bu haqda 7 fevral tarixində Art Garden Ganja məlumat paylaşıb.

Görüş 9 fevral tarixində saat 14:00-da baş tutacaq. Burada peşəkar sahibkarlarla görüş olacaq. Tədbirdə aşağıdakı mövzular haqda danışılacaq:

  • Ümumi yarmarka strukturu və şəhərdə keçiriləcək yarmarkalar;
  • Əl işlərinin daha effektiv hazırlanması və qablaşdırılması;
  • Satışın çoxaldılması;
  • Gələcək planlar və təkliflər.

Qatılmaq və ya əlavə məlumat əldə etmək istəyən şəxslər (077) 677 43 47 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, Art Garden Ganja Vaqif küçəsi, 160 ünvanında yerləşir.

Ən Çox Oxunan