25.3 C
Gence
25.3 C
Gence

Gəncədə gənclər üçün veloklub

Gəncədə veloklub fəaliyyət göstərir. Bu haqda Gencexeber.az-ın müxbiri məlumat verib.

Klub 30-a yaxın gəncdən ibarətdir. Üzvlərdən birinin sözlərinə görə iştirakçılar velosipedlə Azərbaycanın demək olar ki, hər bir guşəsində olublar.

Vaxtını maraqlı keçirmək və ölkəmizi gəzmək istəyən gənclər qoşula bilər. Bunun üçün 055 786 27 50 nömrəsi ilə əlaqə saxlayıb veloklub üzvü olmaq istədiyini demək kifayətdir.

Qadınlar üçün də belə bir klubun açılması planlaşdırılır.

Avqust ayının sonlarında Mədət Quliyevin dəvəti ilə klub üzvləri Bakıda veloyürüşdə iştirak edəcəklər.

Qeyd edək ki, klub 2016-cı ildən fəaliyyət göstərir.

Ən Çox Oxunan