19 C
Gence
19 C
Gence

Gəncədə gənclər üçün fürsət

Gəncədə gənclər üçün təcrübə proqramı mövcuddur. Təlimlər ParaBokt şirkəti tərəfindən keçirilir.

Karyerasını satış təmsilçisi sahəsində qurmaq və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyənlar qatıla bilər.

Namizədlərdən öyrənməyə açıq olmaq, hədəflərlə işləməyi bacarmaq, pozitiv ünsiyyət bacarığı və komandada işləməyə meyillilik tələb olunur. Onlar təlimlərdə aktiv iştirak etməli, təlimçi və mentorla interaktiv işləməli, satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirməli, lombard kreditləşmə işini nəzəri və praktiki mənimsəməlidirlər.

Maraqlananlar (051) 230 34 00 Whatsapp nömrəsinə yaxud [email protected] elektron ünvanına “təcrübə proqramı, ad və soyad” yazaraq müraciət edə bilərlər.

Proqramı uğurla bitirənlərə sertifikat veriləcək və göstərdikləri nəticələrə əsasən işlə təmin olunacaqlar.

 

Ən Çox Oxunan