27.5 C
Gence
27.5 C
Gence

Gəncədə gənclər üçün ödənişsiz təlimlər keçiriləcək

Gəncədə gənclər üçün ödənişsiz təlimlərə qeydiyyat başlayıb. Bu haqda Gənclərin Resurs Mərkəzi məlumat paylaşıb.

Təlimlər aşağıdakı mövzularda keçiriləcək:

  • Liderlik;
  • İctimai vəkillik;
  • İcma quruculuğunda gənclərin rolu;
  • Layihələrin yazılması və idarə edilməsi;
  • Sahibkarlıq fəaliyyəti;
  • İnnovasiya sahibkarlığı;
  • Biznes quruculuğu və rəsmiləşdirilməsi;
  • Biznes planın hazırlanması və digər bacarıqların artırılması

İştirakçılar ay sonunda sertifikatla təltif olunacaqlar. Təlimlər Gənclərin məşğulluq, sahibkarlıq təhsili və icma inkişafı Resurs Mərkəzi layihəsi çərçivəsində həyata keçiriləcək.

Qatılmaq istəyənlər qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilər. Son müraciət tarixi 8 dekabrdır.

Qeyd edək ki, təlimlər Azərbaycan Texnologiya Universitetində baş tutacaq.

Ən Çox Oxunan