25.3 C
Gence
25.3 C
Gence

Gəncədə gənclər ümumrespublika bilik yarışmasına hazırlaşır

Gəncədə tələbələr ümumrespublika bilik yarışmasına hazırlaşır. Bu haqda Gəncə Heydər Əliyev mərkəzi və park-kompleksinin rəsmi səhifəsində məlumat paylaşılıb.

“Heydər Əliyev və Azərbaycan tarixi” adlı yarışmaya Gəncə Dövlət Universitetinin tələbələri hazırlaşmağa başlayıblar. Onlar Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edir, burada toplanmış materialları əsasında araşdırma aparırlar. Tələbələr Gəncə şəhər MKS-nin 16 nömrəli kitabxana filialının fondunda olan kitablardan da istifadə edirlər.

Qeyd edək ki, yarış Ümumilli Liderin həyat və fəaliyyətinin öyrənilməsi, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi ilə təşkil olunacaq.

Ən Çox Oxunan