Gənclərin inkişafı məqsədilə intellektual oyun keçirilib. Bu haqda 20 fevral tarixində Gəncə Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncə Gənclər Evi və Gəncə İntellektual Klubunun birgə təşkilatçılığı ilə 2023-cü ilin “Heydər Əliyev İli” olmasına həsr edilmiş “Nə? Harada? Nə zaman?” formatında intellektual yarışma təşkil olunub. Ümumilikdə 9 komandanın iştirak etdiyi oyunda 24 sualdan sonra ilk üçlük belə formalaşıb:
- I yer – “The boys”;
- II yer – “Avrora” (GDRK);
- III yer – “Noctua”.
Qaliblər diplomlarla, iştirakçı komandalar isə sertifikatlarla təltif edilib.