17.7 C
Gence
17.7 C
Gence

Gəncədə Fyodor Dostoyevskinin 200 illik yubileyi qeyd olunub

Gəncədə Fyodor Mixayloviç Dostoyevskinin 220 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Bu haqda 11 noyabr tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Tədbir Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında baş tutub. Yazıçının “Alçaldılmış və təhqir edilmiş insanlar” romanının, “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar” kimi məşhur əsərlərinin xülasəsi edilib. Tədbirdə qeyd olunub ki, Dostoyevski dünya ədəbiyyatının, eləcə də fəlsəfi və estetik fikrinin inkişafına güclü təsir göstərmişdir.

İştirakçılara bildirilib ki, kitabları həm ənənəvi, həm də onlayn şəkildə kitabxanaya müraciət edərək əldə etmək olar.

Ən Çox Oxunan