Nizami yurdunda gənclərin mütaliə bacarıqlarını artıra bilmələri məqsədilə kitab müzakirəsi baş tutacaq. Bu haqda 2 iyun tarixində Art Garden Ganja-ya istinadən məlumat veririk.
“Art Garden Ganja” bu dəfə Viktor Hüqonun “Bir edam məhkumunun son günü” əsərini seçib. Görüş 4 iyun saat 12:00-da Xoyski kitab klubunda baş tutacaq. Fransız ədəbiyyatının dahi müəlliflərindən olan Hüqonun ağrılı aləminə qonaq olmaq istəyənlər qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat üçün @kitab_stagram İnstagram hesabına müraciət etmək lazımdır.