19 C
Gence
19 C
Gence

Gəncədə fiziki məhdudiyyətli şəxslər tamaşa və musiqi səhnələri nümayiş etdiriblər

Gəncədə “Beynəlxalq əlillər günü”nə həsr edilmiş tədbir baş tutub. Bu haqda 3 dekabr tarixində məlumat daxil olub.

Gəncə Dövlət Dram Teatrında keçirilən tədbir Fərəh İctimai Birliyi tərəfindən təşkil olunub. Təşkilatın üzvləri olan fiziki məhdudiyyətli şəxslər tamaşa və musiqi səhnələri nümayiş etdiriblər.

Qeyd edək ki, Fərəh İctimai Birliyi fiziki qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyasını nəzərdə tutan tədbirlər üzərində işləyir. Burada həmçinin imkansız ailədən olan uşaqlara təmənnasız psixoloq dəstəyi, ingilis dili və şahmat dərsləri keçirilir.

Fərəh ictimai birliyi Xəlilbəy Xasməmmədov, 15A ünvanında yerləşir. Birliyə dəstək olmaq istəyənlər (050) 428 82 57 nömrəsinə zəng edə, yaxud WhatsApp-a yaza bilərlər.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Ən Çox Oxunan