Gəncədə 17 oktyabr 2020-ci ildə baş vermiş terror hadisəsinin 1-ci ildönümü ilə bağlı yürüş keçirilib. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri şəhəri ballistik raketlərlə bombalamışdırlar. Bu haqda Gencexeber.az-ın müxbiri məlumat verib.
Oktyabrın 16-dan 17-ə keçən gecə təşkil olunan yürüşün məqsədi erməni vandalizminin qurbanlarını yad etməkdir. Məqsədli şəkildə döyüş bölgəsindən uzaqda yerləşən mülki əhalini hədəf seçən erməni terroru haqda dünya ictimaiyyətini məlumatlandırmaqdır.
Tədbir Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
Daha öncə, Gəncəli məktəblilərin bombalanan əraziləri ziyarət etmələri haqda xəbər vermişdik.
