22.5 C
Gence
22.5 C
Gence

Gəncədə erməni terrorundan zərər çəkən sakinlərlə görüş təşkil olunub

Gəncə Şəhər İcra Hakimiyyətində erməni terrorundan zərər çəkən sakinlərlə görüş keçirilib. Bu haqda qurumun Facebook səhifəsində 2 dekabr tarixində məlumat paylaşılıb.

Görüşdə İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, habelə hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.  

Görüş zamanı fərdi yaşayış evi və mənzillərində bərpa, təmir-tikinti işləri həyata keçirilən vətəndaşlar dinləniliblər. Sakinləri narahat edən məsələlərə aydınlıq gətirilib və onları maraqlandıran suallar cavablandırılıb. 

Ən Çox Oxunan