26.4 C
Gence
26.4 C
Gence

Gəncədə erməni terrorundan zərər çəkmiş ailələrə yeni kompleksdə evlər verilir

Gəncə şəhəri Tağı Arani küçəsində yeni şəhərcik istifadəyə verilir. Bu haqda Gencexeber.az müxbiri bu gün, 11 avqust tarixində xəbər verib.

Kompleks erməni terroru nəticəsində Heydər Əliyev prospektində raket atılan zaman dağıdılan ikimərtəbəli binaların sakinləri üçün nəzərdə tutulub. Şəhid ailələri və qazilərə də burada evlər verilir.

Kompleksdə uşaq bağçası, uşaqlar üçün oyun meydançası və yeni binalar tikilməkdədir.

Qeyd edək ki, kompleksin bir hissəsi artıq 3 aydır istifadəyə verilib.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan