Gəncədə erməni terroru zamanı zədələnmiş yaşayış evi təmir olunur. Bu haqda məlumat Gencexeber.az-a yanvarın 17-si daxil olub.
Tikili Nizami prospektində, “Şərikli çörək” mağazasının yanında yerləşir. İşçilər evin pəncərələrini yeniləyiblər. Hal-hazırda binanın fasadında qırmızı kərpiclərlə bərpa işləri görülür. İşlər Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.
Xatırladaq ki, Ordubadi küçəsində yerləşən erməni terroruna məruz qalmış evin təmiri haqda xəbər vermişdik.