Gəncədə erməni terroru nəticəsində dağılmış evlər yenidən tikilir. Bu haqda Gencexeber.az müxbiri 9 avqust tarixində xəbər verib.
İnşaat işləri Muxtar Hacıyev küçəsində aparılır.
Qeyd edək ki, zərər görmüş sakinlər müvəqqəti olaraq Aqrar universitetin yataqxanasına yerləşdirilib.
17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində Gəncə şəhərinin Muxtar Haciyev küçəsi raket atəşinə tutulub. 14 nəfər həlak olub, 52 nəfər yaralanıb.

