22.5 C
Gence
22.5 C
Gence

Gəncədə erməni terroruna məruz qalmış məktəb təmir olunur

Gəncədə erməni terroruna məruz qalmış məktəbin təmir-bərpa işləri aparılır. Bu haqda Gencexeber.az-ın müxbiri 23 avqust tarixində məlumat verib.

Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb Pərviz Səmədov küçəsində yerləşir. Hal-hazırda orada son tamamlanma işləri aparılır. Qapılar dəyişdirilir və pəncərə çərçivələri qoyulur.

Təmirin 15 sentyabra kimi başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, məktəbə ikinci Qarabağ müharibəsi zamanı ciddi ziyan dəymişdir. Ermənilər tərəfindən atılan raket məktəbin həyətinə düşmüşdür.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan