24.8 C
Gence
24.8 C
Gence

Gəncədə erməni terroruna məruz qalmış evlərin tikinti işləri sürətlə davam edir

Gəncədə Ermənistanın raket atəşi zamanı dağılmış evlərin inşası sürətlə davam edir. Bu haqda 27 sentyabr tarixində məlumat daxil olub.

Muxtar Hacıyev küçəsi 2-ci döngədə yerləşən yaşayış məntəqələrinin bəziləri sonuncu raket hücumu zamanı dağılaraq yararsız hala düşmüşdür. Hazırda oradakı binaların çoxunun dam örtüyü vurulur. Bundan başqa küçədə işıqlandırma işləri də aparılır.

Qeyd edək ki, daha öncə Muxtar Hacıyev küçəsindəki evlərin tikintisi ilə bağlı məlumat vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan