20.6 C
Gence
20.6 C
Gence

Gəncədə elmi-praktiki konfrans keçirilib

Gəncədə 23 dekabr tarixində “18 il – Güclü lider, qüdrətli dövlət, müasir ordu və Qarabağın azadlığına aparan yol” mövzusunda elmi-praktiki konfrans keçirilib. Bu haqda Gəncə Dövlət Universiteti məlumat paylaşıb.

Tədbirdə rektor Yusif Yusibov Prezident İlham Əliyevin 18 il ərzində Azərbaycanda həyata keçirdiyi işlər nəticəsində qazanılan uğurlardan danışıb. Daha sonra Menecment və turizm işi kafedrasının müdiri Əli Allahverdiyev “Ölkənin iqtisadi inkişafı, islahatlar, layihələr, uğurlar”, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Prezident İlham Əliyevin Ordu quruculuğu siyasəti”, Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov “Diplomatiya və ölkənin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Elminaz Namazova “Torpaqların işğaldan azad edilməsinin siyasi və diplomatik özülünün yaradılması”, Millət Vəkili Pərvin Kərimzadə “Müstəqil Azərbaycanın bu günkü uğurları Prezident İlham Əliyevin adı ilə bağlıdır” mövzularında çıxışlar ediblər.

 

Ən Çox Oxunan