26.4 C
Gence
26.4 C
Gence

Gəncədə elmi-praktiki konfrans baş tutub

Gəncədə beynəlxalq elmi-praktiki konfrans keçirilib. Bu haqda Azərbaycan televiziyasına istinadən məlumat veririk.

Tədbir “Heyvandarlığın müasir problemləri və innovativ konsepsiyalar” mövzusunda təşkil olunub. Orada cari ilin 11 ayı ərzində ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsalının ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artması nəzərə çatdırılıb. Artımın təxminən yarısının heyvandarlıq sahəsində qeydə alındığı deyilib.

Qeyd edək ki, konfrans Heyvandarlıq Elmi Tədqiqat institutunun 90 illiyinə həsr olunub.

Ən Çox Oxunan