22.5 C
Gence
22.5 C
Gence

Gəncədə ehsan bulağı tikilib: açılışı Xudayar Yusifzadənin anası edib

Gəncədə anons edilən bulaq açılışı baş tutub. Bu haqda Gencexeber.az-ın müxbiri 6 noyabr tarixində məlumat verib.

Üç şəhidin xatirəsinə inşa edilən bulaq Qızıl Hacılı küçəsində, Vərəm xəstəxanasının yanında yerləşir. Əraziyə yüzlərlə sakin yığılmışdır. Mərasim zamanı sülh rəmzi hesab edilən ağ göyərçinlər uçurdulub.

Tədbirə dəvət olunan şəhid Xudayar Yusifzadənin anası şəhid Vüsal Məmmədov, Turxan Məmmədov və Oruc Vəliyevin xatirəsinə inşa edilən bulağın açılışı şərəfinə layiq görülüb.

Ən Çox Oxunan