Gəncənin 28 may küçəsində su borusu partlayıb. Hadisə saat 10:00 radələrində qeydə alınıb. Bu haqda məlumatı Gencexeber.az-ın müxbiri verib.
Hadisə yerinə cəlb olunan Azərsu ASC- in əməkdaşları su təchizatını dayandırıblar.
Əldə etdiyimiz məlumata əsasən, bu xəttdə bir neçə ay ərzində dəfələrlə qəzalar baş verib. Həmin boru Gəncəni içməli su ilə təmin edən xəttlərdən biri sayılır.
Burada sonuncu hadisə 12 avqust tarixində baş vermişdir.