26.4 C
Gence
26.4 C
Gence

Gəncədə daha bir xarici müəllim seminar keçirəcək

Norveçli tədqiqatçı 23 dekabr tarixində Gəncədə seminar keçirəcək. Bu haqda Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) məlumat paylaşıb.

“Nizami Gəncəviyə əcnəbilərin gözü ilə baxış, xüsusilə “Leyli və Məcnun”a” mövzusunda baş tutacaq seminar Ragnhild Thori tərəfindən keçiriləcək. Tədbir saat 12:00-da ADAU-nun 2 saylı Tələbə evində təşkil olunacaq.

Qeyd edək ki, tədqiqatçının Nizami Gəncəvinin yaradıcılığına marağı Gəncədəki iş fəaliyyəti ilə bağlıdır.

Ən Çox Oxunan