22.5 C
Gence
22.5 C
Gence

Gəncədə dərnəklərlə bağlı sərgi keçirilib

Gəncədə 25 dekabr tarixində dərnəklərin fəaliyyəti ilə bağlı sərgi təşkil olunub. Bu haqda Gəncə şəhər Təhsil idarəsi məlumat paylaşıb.

Tədbir ümumtəhsil məktəblərində müəyyənləşdirilmiş dərnəklərin fəaliyyətinin planlaşdırılması, görülmüş işlərə dair hesabatların hazırlanması və təşkil edilməsinə görə baş tutub. Burada 3, 7, 19, 24, 25, 28, 30, 39, 40, 42 nömrəli tam orta məktəblər və 44 nömrəli məktəb-lisey iştirak ediblər. Sərgiyə həmçinin Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları da qatılıb.

Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan