22.5 C
Gence
22.5 C
Gence

Gəncədə ödənişsiz vebinar keçiriləcək

Gəncədə ödənişsiz vebinar keçiriləcək.

Evrika Group MMC və İnci Psixoloji reabilitasiya mərkəzinin birgə təşkilatçılığı ilə “Kəkələmə nədir? və müalicə üsulları. Kəkələmənin psixoloji tərəfləri” adlı onlayn vebinar baş tutacaq. Görüş zamanı  Kəkələmə və ondan azad olmaqla bağlı sizə qaranlıq qalan suallara cavab tapacaqsınız.

Təlimi uşaq psixoloqu Bahar Nəzərli və Loqoped defektoloq İlahə Bəhmənzadə aparacaqlar.

Vebinar 18 sentyabr tarixində saat 19:00-da Zoom onlayn platformasında baş tutacaq. İştirak etmək üçün @evrika_group_mmc instagram səhifəsinə yazaraq qeydiyyatdan keçmək lazımdır. Qeyd edək ki, təlim ödənişsizdir və iştirakçılara Evrika qrup tərəfindən sertifikatlar veriləcək.

Ən Çox Oxunan