Gəncədə ödənişsiz masterklas keçiriləcək. Bu haqda Art Garden Ganja məlumat paylaşıb.
Ustad dərsində oyuncaq ayı hazırlanacaq. Masterklas 14 noyabr tarixində saat 14:00-da olacaq. Təlimin rəssamı Elnur Məmmədov, koordinatoru isə Sünbül Məmmədovadır. İştirak ödənişsizdir və istəyən hər kəs qatıla bilər.
Qeyd edək ki, Art Garden Ganja Molla Pənah Vaqif 160 ünvanında yerləşir.