20.8 C
Gence
14.5 C
Ganja

Gəncədə ödənişsiz təlimlərə start verilib

Gəncədə “Gəncliyimiz İnkişaf Proqramı” layihəsinə start verilib. Bu haqda 11 noyabr tarixində Gəncə Maarif Evi məlumat paylaşıb.

Layihənin təşkilatçısı Gənclərin İnkişaf və Karyera Mərkəzidir. Təlimlər ödənişsiz əsaslarla Gəncə Maarif Evində baş tutur. İştirakçılara iki ay boyunca 6 mövzuda ümumilikdə 10-dan çox vebinar keçiriləcək.