20.6 C
Gence
20.6 C
Gence

Gəncədə ödənişsiz təlimlərə qeydiyyat başlayıb

Gəncədə 8 ödənişsiz təlimə qeydiyyat başlayıb. Bu haqda “Gələcəyə Körpü” İctimai Birliyi məlumat paylaşıb.

“Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” layihəsi çərçivəsində aşağıdakı mövzular üzrə təlimlər keçiriləcək:

  • Liderlik;
  • İctimai vəkillik;
  • İcma quruculuğunda gənclərin rolu;
  • Layihələrin yazılması və idarə edilməsi;
  • Sahibkarlıq fəaliyyəti;
  • Biznes quruculuğu və rəsmiləşdirilməsi;
  • Biznes planın hazırlanması və digər bacarıqların artırılması mövzuları.

Ay sonunda iştirakçılara sertifikat təqdim olunacaq. Təlimlərin başlanma tarixi seçilən iştirakçılara bildiriləcək.

Təşkilatçılar “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyidir. Tədbirlər ASAN Könüllülük Məktəbinin əməkdaşlığı ilə Azərbaycan Texnologiya universitetində baş tutacaq.

İştirak etmək istəyən gənclər qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Son müraciət tarixi 11 oktyabr saat 23:00-dır.

Qeyd edək ki, təlimlər Şah İsmayıl Xətai prospekti 103 ünvanında (Azərbaycan Texnologiya Universitetində) keçiriləcək.

Ən Çox Oxunan