26.4 C
Gence
26.4 C
Gence

Gəncədə ödənişsiz təlim baş tutacaq

Gəncədə iş adamları üçün ödənişsiz seminar keçiriləcək. Bu haqda 6 fevral tarixində Gəncə İş Adamları (GİA) İctimai Birliyi məlumat paylaşıb.

Təlim “Business Service Centre” MMC tərəfindən keçiriləcək. Seminar “Vergi Məcəlləsindəki dəyişikliklər”lə bağlı olacaq və 12 fevral tarixində saat 10:00-da YAP-ın Gəncə şəhər təşkilatının binasında baş tutacaq. Təlimin proqramı aşağıda qeyd olunub:

  • Mənfəət və Gəlir vergisində olan dəyişikliklər;
  • Kənd təsərrüfatı ilə bağlı vergi dəyişiklikləri;
  • Vergi qanunvericiliyinin pozulmasına dair məsuliyyət; (maliyyə sanksiyaları, faizlər)
  • Sahibkarlıq subyektlərinin (mikro, kiçik, orta və iri) öhdəliklərindəki dəyişiklik və bazar qiyməti;
  • Vergi məcəlləsində edilmiş digər dəyişikliklər.

Seminara bütün iş adamları qatıla bilərlər.

Ən Çox Oxunan