Gəncədə psixologiya kursuna qeydiyyat başlayıb. Bu haqda 16 fevral tarixində Gənclər Evi məlumat paylaşıb.
Dərslər psixoloq Günəş Seyfullahzadə tərəfindən keçirilir. Burada 3, 6 aylıq və 1 illik kurslar var. 3 və 6 aylıq dərslərin sonunda sertifikat, 1 illikdə isə tələbələrə diplom verilir. Kurslarda iştirak ödənişsizdir. Maraqlananlar (077) 375 74 76 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, Gəncə Gənclər Evi 28 May küçəsi, 34 ünvanında yerləşir.