Gəncədə incəsənət üzrə masterklas keçiriləcək. Bu haqda 5 yanvar tarixində Gəncə Gənclər Evi məlumat paylaşıb.
“Boyaların su ilə rəqsidir Ebru” adlı ustad dərsi 7-10-12 yanvar tarixlərində təşkil olunacaq. Tədbir dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmova tərəfindən keçiriləcək. İştirakçılar ebru sənətinin dərinliklərini nəzəri və praktiki olaraq öyrənəcəklər. Masterklasslar saat 15:00-da baş tutacaq. Sonda iştirakçılara sertifikat veriləcək.
Qatılmaq istəyənlər (055) 314 58 55 nömrəsi ilə əlaqə saxlaya bilərlər.