12.5 C
Gence
12.5 C
Gence

Gəncədə ödənişsiz mühasibatlıq kursu təşkil olunacaq

Şəhid və qazilərin ailə üzvlərinə, Vətən müharibəsi zamanı zərərçəkənlərin və aztəminatlı ailələrin övladlarına ödənişsiz mühasibatlıq kursuna qeydiyyat açıq elan olunub.

Gənc Mühasiblər İctimai Birliyi tərəfindən əsasən maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirilən layihənin müddəti 3 aydır.

Layihə çərçivəsində iştirakçılar aşağıdakı mövzuları keçərək praktiki mühasibatlıq biliklərinə yiyələnəcəklər:

  • Mühasibat uçotuna giriş
  • Maliyyə hesabatlarının hazırlanması və məqsədləri
  • Mühasibat hesabları, Mühasibat bərabərliyi və İkili mühasibat yazılışları
  • İlkin balansın hazırlanması (Yoxlama balansı)
  • Maliyyə vəziyyəti haqqında hesabat
  • Uzun müddətli və qısamüddətli maddi aktivlər
  • Mal-material ehtiyatları
  • Mənfəət və zərər haqqında hesabat

Qeyd edək ki, Vergi qanunvericiliyi və Əmək qanunvericiliyi üzrə dərslər də keçiriləcək.

Əlavə məlumat və ya qeydiyyat üçün 070-931-42-41 nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Ən Çox Oxunan