Gəncədə ödənişsiz Dopler müayinəsi həyata keçiriləcək.
İnnovativ Damar və Pediatriya mərkəzində 18, 19, 25, 26 sentyabr tarixlərində varikozun təyin edilməsi üçün istifadə olunan rəngli Dopler müayinəsindən pulsuz keçmək mümkün olacaq. Müayinəni mərkəzdə çalışan cərrah-fleboloq Vüsalə Cəfərova keçirir.
Həkimin yanına ödənişsiz müayinəyə getmək istəyənlər qeyd olunan tarixlərdə saat 12:00-dan 17:00-dək mərkəzə yaxınlaşa bilərlər.
Əlaqə nömrəsi: (051) 206 38 13
Ünvan: Heydər Əliyev prospekti, 433 (Gəncə Mall)