26.4 C
Gence
26.4 C
Gence

Gəncədə dəmir çəpər aşıb

Gəncədə dəmir çəpər düşərək piyadaların hərəkətinə təhlükə yaradır.

Hadisə Bayraq meydanı küçəsində, “İmperial” şadlıq sarayı və “Əminə” marketin yaxınlığında baş verib. Çəpər tikinti ərazisi ətrafında qurulub. Təxminən 20 metrlik məsafədə çəpərin altında olan torpaq çöküb. Onun metal konstruksiyası piyada səkisinin üstünə düşüb.

Əldə etdiyimiz məlumata əsasən, ərazidən keçən uşaq, qoca və hamilə qadınlar maşın yolunun üzərindən hərəkət etməli olurlar.

Qeyd edək ki, təqdim etdiyimiz şəkillərdən də aydın olur ki, tikinti ərazisi açıqlıqda qalıb.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan