25.3 C
Gence
25.3 C
Gence

Gəncədə İcra Hakimiyyəti tərəfindən bəzi ərazilərdə təmir-bərpa işləri aparılıb

Gəncədə 17 sentyabr tarixində təmir-bərpa işləri aparılıb. Bu haqda Gəncə şəhər İcra Hakimiyyəti rəsmi Facebook səhifəsində paylaşım edib.

Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) təmir-tikinti şöbəsinin əməkdaşları şəhərin müxtəlif ərazilərində təmizlik işləri aparılıb, yaşıllıqlar salınıb, işıq dirəkləri yenilənib.

Bundan başqa şəhərin girişindəki  Qala Qapılarının, “Xəmsə”nin poemalarının adı verilmiş kitab abidələrin təmir-bərpa işləri sona çatdırılıb.

Hava limanı tərəfdə şəhərin girişində abadlıq işləri davam etdirilir. Burada divarlar rənglənilir, səki yan daşları və gecə işıqlandırma sistemləri yenilənir.  Heydər Əliyev Park Kompleksində  və  Gəncəçay çayının ətrafında iməcilik təşkil olunub. Parkda ağac və gül kolları suvarılıb, çayın məcrası tullantılarından təmizlənib.

Qeyd edək ki, icra olunan bütün tədbirlər davamlı olaraq həyata keçiriləcəkdir.

Ən Çox Oxunan