26.4 C
Gence
26.4 C
Gence

Gəncədə “İcma quruculuğunda qadın və qızların iştirakçılığının artırılması” layihəsi baş tutacaq

Gəncədə “İcma quruculuğunda qadın və qızların iştirakçılığının artırılması” mövzusunda lahiyə təşkil olunacaq. Bu haqda Gencexeber.az-ın müxbiri 14 oktyabr tarixində xəbər verib.

Tədbir çərçivəsində diskriminasiya, nifrət nitqi ilə fikir azadlığı arasındalı fərqlər, insan hüquqları və digər mövzularda toxunulacaq.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) təşkil olunacaq tədbir Sevinc Nəhmədova rəhbəliyi ilə keçiriləcək. Orada 16-20 yaş aralığında olan gənclər iştirak edə bilərlər.

Layihə 23 oktyabr saat 10:00-dan 14:00-dək “Gəncə Maarif Evi” ictimai birliyinin binasında baş tutacaq. İştirak etmək istəyən şəxslər qeydiyyat üçün https://my.forms.app/nayora/registration-form linkindən istifadə etməlidirlər.

Ən Çox Oxunan