Gəncədə Cavad xanın heykəlinin ucaldılması müzakirə ediləcək. Bu haqda Apa-ya istinadən martın 9-u xəbər veririk.
Sözügedən məsələsə Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapıb. Bildirilib ki, Ekspert Komissiyasının iclasında ölkəmizin görkəmli mədəniyyət nümayəndələrinin, dahi şəxsiyyətlərin heykəllərinin ucaldılması məsələsinə baxılacaq.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin 2021-ci il 1 dekabr tarixli 178-F nömrəli “Heykəltaraşlıq, abidələrinin, xatirə-memorial komplekslərinin ucaldılması və demontaj üzrə Ekspert Komissiyasının yaradılması və fəaliyyətinin təşkili haqqında” əmr imzalanıb.