25.8 C
Gence
25.8 C
Gence

Gəncədə Cavad xanın anım mərasimi keçirilib

Gəncədə Cavad xanın anım mərasimi keçirilib. Bu haqda Gencexeber.az-a yanvarın 15-i məlumat daxil olub.

Tədbirdə Gəncənin sonuncu xanının qəbirüstü türbəsi ziyarət olunub. Tədbirdə şəhər rəhbəri ilə yanaşı universitet rektorları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhər axundu məzar önündə dualar oxuyub.

Mərasimin rəsmi hissəsindən sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və Nüşabə xanım Məmmədlinin qələmə aldığı “Cavad xan” tarixi dramı nümayiş olunub.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan