25.8 C
Gence
25.8 C
Gence

Gəncədə Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunan tədbir baş tutub

Gəncədə biblioqrafik icmal baş tutub. Bu haqda 10 fevral tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

“Yazıçı, dramaturq Cəlil Məmmədquluzadə yaradıcılığına səyahət” adlı tədbir Mərkəzi kitabxananın abonement şöbəsində keçirilib. Kitabxanaçı Səbinə Piriyeva yazıçının həyat və yaradıcılığından danışıb. O bildirib ki, “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla dramaturq Azərbaycan və Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub. Piriyeva həmçinin qeyd edib ki, Cəlil Məmmədquluzadənin əsərləri Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutub.

Qeyd edək ki, tədbirdə kitabxananın fəal oxucuları iştirak edib.

Ən Çox Oxunan