10.3 C
Gence
10.3 C
Gence

Gəncədə buster doza vurduranların sayı açıqlanıb

Gəncədə vaksinasiya prosesi davam edir. Bu haqda 15 fevral tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Gün ərzində şəhər ərazisində 10 məntəqədə ümumilikdə 1132 nəfər vaksinasiya olunub. Onlardan 1066-sı CoronaVac, 66-sı isə Pfizer vurdurub. Həkim Mehriban Babayevanın sözlərinə görə, son bir həftə ərzində koronavirus infeksiyasına yoluxanların sayı artıb. O, vətəndaşlara peyvənd olunmağı tövsiyə etdiyini bildirib. Həkim həmçinin qeyd edib ki, ara məsafəsi, tibbi maska, dezinfeksiya edici məhlullardan istifadə olduqca vacibdir.

Qeyd edək ki, Gəncədə 47.797 nəfər buster (üçüncü), 20 minə yaxın şəxs isə dördüncü doza vaksin vurdurublar.

Ən Çox Oxunan