24.1 C
Gence
24.1 C
Gence

Gəncədə bu ildən subsidiya alınması üçün sahələr sığortalanmalıdır

Bu ildən Gəncədə 10 hektardan artıq buğda və arpa sahələri üzrə subsidiya alınması üçün fermerlər sahələrini sığorta etdirməlidirlər. Bu haqda Gencexeber.az 4 oktyabr tarixində Oxu.az-a istinadən xəbər verir.

Gəncə-Daşkəsən regionunda təqribən 1200 manatlıq məhsul yığılan bir hektar taxıl sahəsini yanğından, doludan və digər hadisələrdən qorumaq üçün sığorta haqqı 24-25 manat təşkil edir.

Qeyd edək ki, bu ildən etibarən yeddi bitki növü üzrə əkin subsidiyaları sahələrin aqrar sığorta edilməsi şərti ilə veriləcək. Fermer sığorta haqqının yalnız 50 faizini ödəyəcək, məbləğin qalan 50 faizi fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Ən Çox Oxunan