12.5 C
Gence
10.5 C
Ganja

Gəncədə bu gün şəhidin doğum günüdür

Bu gün Gəncəli şəhidin doğum günüdür. Onun 22 yaşı olacaqdı.

Şəhid Əliyev Şöhrət Vətən oğlu 30 oktyabr 1999-cu ildə Gəncə şəhərində anadan olub. 2018-ci ilin 8 yanvar tarixində hərbi xidmətə yollanıb, 2019-cu ilin iyul ayında başa vurmuşdur.

O, 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq yazılaraq, döyüşlərə yollanıb. Şuşa uğrunda gedən döyüşlərdə 8 noyabr tarixində qəhramancasına şəhidlik zirvəsinə ucalıb. Şöhrət 17 noyabr tarixində doğulduğu Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Prezidentin Sərəncamına əsasən, Əliyev Şöhrət ölümündən sonra, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Ən Çox Oxunan