Gəncədə növbəti dezinfeksiya işləri aparılır. Bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində məlumat verilib.
Bu gün, səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrindəki əsas küçə, prospekt və yollarında gücləndirilmiş dezinfeksiya işləri aparılır. İşlər zamanı xüsusi kimyəvi maddələrlə hazırlanmış maye istifadə olunur.
Sakinlərdən ciddi zərurət olmadan evlərini tərk etməmələri xahiş edilir.