24.1 C
Gence
24.1 C
Gence

Gəncədə bu gün Anım günü qeyd olunub

Gəncədə bu gün, 27 sentyabr tarixində Anım Günü qeyd olunub. Bununla bağlı bir sıra tədbirlər keçirilib.

İlk öncə, Şəhidlər Xiyabanında Şəhidlərimizin xatirəsi yad edilib, gül dəstələri qoyulub. Tədbirdə İcra başçısı ilə yanaşı digər dövlət məmurları və minlərlə sakin iştirak ediblər.

İmamzadə Dini Kompleksində şəhidlərin ruhuna dualar oxunub, onlara Allahdan rəhmət dilənib. Ziyarətgahın mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov çıxış edib.

Heydər Əliyev park kompleksində ağacəkmə aksiyası keçirilib. Təhsil ocaqlarında Anım Günü ilə bağlı şagirdlərə məlumat verilib.

Saat 12:00-da Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qeyd edək ki, Xiyaban yolunda gündüz saatlarında tıxac yaranıb.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
"Kəpəz" futbol klubunun rəsmi Instagram səhifəsindən foto
“Kəpəz” futbol klubunun rəsmi Instagram səhifəsindən foto
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan