24.7 C
Gence
24.7 C
Gence

Gəncədə “Brave Heart” sahibkarlıq forumu keçiriləcək

Gəncədə sahibkarlıq forumu baş tutacaq.

Gənclər Fondunun maliyyə dəstəyi və “Odlar Yurdu” İctimai Birliyinin təşkilatçılığı ilə “Brave Heart” region gənclərinin II Sahibkarlıq Forumu keçiriləcək. Tədbir “Nizami Gəncəvi İli”nə həsr olunur və 26-27 noyabr tarixlərində Gəncədə təşkil olunacaq.

Forumda iştirak etmək istəyən 18-29 yaş arası gənclər qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. Son müraciət tarixi 10 noyabr saat 18:00-dır.

Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, onları bu istiqamətdə həvəsləndirmək və özünüməşğulluqlarının təmin edilməsi üçün şərait yaratmaqdır.

 

Ən Çox Oxunan