14.3 C
Gence
14.3 C
Gence

Gəncədə boya başa çatan şəhidin xatirəsinə ağaclar əkilib

Gəncənin Gülüstan qəsəbəsində şəhidin xatirəsinə şam ağacları əkilib. Bu haqda Gencexeber.az-ın müxbiri 6 noyabr tarixində məlumat verib.

Faiq Tağıyev küçəsində yerləşən binanın həyətində şəhid İsmayıl Qabilovun rəsmini əks etdirən plakat yerləşdirilib. Daha sonra bina sakinlərinin təşəbbüsü ilə ərazidə şam ağacları əkilib.

İsmayıl Qabilov 1983-cü il iyulun 15-də Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində dünyaya gəlib. Kəlbəcər rayonunun erməni silahlı dəstələri tərəfindən işğal edilməsindən sonra Qabilovlar ailəsi Gəncə şəhərinin Gülüstan qəsəbəsinə köçmüşdür.

İsmayıl Qabilov Vətən müharibəsi zamanı yurdu olan Kəlbəcər rayonunun ərazisində şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan