26.4 C
Gence
26.4 C
Gence

Gəncədə “Biznesin hüquqi və vergi aspektləri” adlı təlim keçirilib

Gəncədə 4 oktyabr tarixində “Biznesin hüquqi və vergi aspektləri” mövzusunda görüş keçirilib. Bu haqda Gənclərin Resurs mərkəzi məlumat paylaşıb.

Görüş Gəncə Kiçik və Orta Biznesin İnkişaf mərkəzi (KOBİM) tərəfindən “Gənclərin məşğulluq, sahibkarlıq təhsili və icma inkişafı Resurs Mərkəzi” layihəsi çərçivəsində təşkil olunub. Təlimdə 7 gənc iştirak edib. Gəncə KOBİM-in eksperti biznesin vergi və hüquqi aspektləri, onlayn şəkildə hüquqi şəxsin yaradılması, gəlirlərin və xərclərin idarə olunması haqqında ətraflı məlumat verib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Ən Çox Oxunan