9.7 C
Gence
5.5 C
Ganja

Gəncədə biznesə başlamaq istəyən gənclər üçün təlim keçirilib

Gəncədə Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi tələbələrlə görüş keçirib. Bu haqda 20 oktyabr tarixində təşkilatın rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.

Tədbir Gəncə KOB İnkişaf Mərkəzi(KOBİM) tərəfindən, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Gələcəyə Körpü İctimai Birliyi və Azərbaycan Texnologiya Universiteti ilə birgə təşkil olunub. Görüşdə biznesə başlamaq istəyən gənclər üçün “Gənclərin sahibkarlıq fəaliyyətində rolunun artırılması” mövzusunda danışılıb.

Təlimdə 11 gənc iştirak edib. Gəncə KOBİM-in eksperti biznesin vergi və hüquqi aspektləri, onlayn şəkildə hüquqi şəxsin yaradılması, gəlirlərin və xərclərin idarə olunması haqqında məlumat verib.

Görüşdə interaktiv üsullardan istifadə edilib və iştirakçıların sualları cavablandırılıb.

Ən Çox Oxunan