Gəncədə küçələrin birində yamaqlar vurulur, digəri isə torpaqla örtülüb. Alınmış vəziyyət sakinlərin narazılığına səbəb olur. Bu haqda Gencexeber.az-ın müxbiri 23 sentyabr tarixində xəbər verib.
Abbas Səhhət adına xəstəxasının qarşısında asfalt döşəmə yamaqlanıb. Dünəndən başlayan işlər bu gün tamamlanıb. Daha əvvəl burada su və kanalizasiya xətləri təmir olunmuşdur.
Sakinlərdən əldə olunan məlumata əsasən, kommunal qurumun burada apardığı təmir işlərindən sonra çöküntülər əmələ gəlib. Bu gün asfalt döşəməsi bərpa olunub. Buna baxmayaraq mövcud olan çöküntülər qalıb.
Ruzigar Qasımov 52 ünvanında isə bir ay öncə, su xətti partlamışdır. Təmir işlərindən sonra qazılmış xəndəklər torpaqla basdırılıb. Sakinlərin sözlərinə görə, bu vəziyyət sürücülərin hərəkətinə maneə törədir, yolda tıxac və qəza yaranmalarına yol açır.