Gəncədə bir sinfin 31 məzununun hər biri ali təhsil müəssisələrinə qəbul olunub.
Şəhərin İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyin XI a sinfinin bütün şagirdləri tələbə adını qazanıblar. 18 nəfər 600-dən yuxarı, 13 nəfər isə 500 baldan yuxarı nəticə əldə ediblər.
Bundan başqa məzunlardan Azər Seyidli “Gümüş nişan”la təltif olunub. Həmçinin 11 nəfər məktəbi fərqlənmə attestatı ilə bitiriblər.
600 və 600-dən yüksək nəticələr aşağıdakılardır:
Əsədov İsmayıl UNEC – 674 bal
Məmmədova Nəzrin Azərbaycan Tibb Universiteti – 673.5 bal
Abdullazadə Nigar Azərbaycan Tibb Universiteti – 673 bal
Məmmədova Əfsanə Azərbaycan Tibb Universiteti – 658.3 bal
Mehdizadə Əli ADA – 656.7 bal
Bayramlı Ənvər Azərbaycan Tibb Universiteti – 658 bal
Seyidli Azər BDU – 637.5 bal
Rəhimov Əli Polis Akademiyası – 626 bal
Əliyev Əli Polis Akademiyası – 611 bal
Abbasov Rəmal UNEC – 606 bal
Bağırova Fidan BDU – 605 bal
Mehdiyev İlham Polis Akademiyası – 600 bal
Əhmədzadə Nərmin BANM – 648 bal
Şəfiyeva Leyla ADNSU – 640 bal
Quluzadə Cavid ADNSU – 637 bal
Sadıqov Rəhim ADNSU – 630 bal
Musayeva Fidan Azərbaycan Tibb Universiteti – 608.5 bal
Katibli Aydan Azərbaycan Tibb Universiteti – 607.3 bal
Daha öncə, 17 nömrəli məktəbin məzunları haqda məlumat vermişdik.