25.4 C
Gence
18.5 C
Ganja

Gəncədə bir sıra aztəminatlı ailələrlə görüş keçirilib

Gəncədə bir qrup məktəbliyə içi dərs ləvazimatları ilə dolu çantalar hədiyyə olunub. Bu haqda 16 sentyabr tarixində məlum olub.

Bilik günü ilə əlaqədar 18 nömrəli tam orta məktəbdə aztəminatlı ailələrlə görüş keçirilib. Görüşü Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə şəhər Təhsil İdarəsi Gəncə İş Adamları ictimai birliyinin dəstəyi ilə təşkil ediblər.

Gəncə İş adamları İctimai Birliyinin sədri Zəfər Məmmədov və Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxış edərək bu gün təhsilimizdə olan nailiyyətlərdən bəhs ediblər. Onlar şagirdlərə 15 sentyabr-Bilik Günü münasibətilə uğurlar diləyiblər.

Tədbirin sonunda bir sıra aztəminatlı ailələrin övladlarına içində məktəbli ləvazimatları olan çantalar hədiyyə olunub.